Rusiyaya gedənlərə ŞAD XƏBƏR - Bu qadağa ləğv edilir

04 İyun 2022 | 11:59
OXUNUB: 1522

Rusiya hava və dəniz sərhəd keçid məntəqələri ilə gələn xarici vətəndaşların ölkəyə girişinə qoyulmuş epidemioloji məhdudiyyətləri aradan qaldırır.

Avtosfer.az xəbər verir ki, ötən gün Baş nazirin müavini Tatyana Qolikova Rusiyaya yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə operativ qərargahın iclasını keçirib.

“Əməliyyat qərargahının üzvləri tərəfindən aparılan müzakirələrdən sonra 2022-ci il iyunun 14-dən hava yolu ilə, eləcə də dəniz keçid məntəqələri vasitəsilə gələn xarici vətəndaşların Rusiyaya girişinə qoyulmuş epidemioloji məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edilib" - Nazirlər Kabinetinin yaydığı məlumatda vurğulanıb. (APA)
 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man