Rusiya hava və dəniz sərhəd keçid məntəqələri ilə gələn xarici vətəndaşların ölkəyə girişinə qoyulmuş epidemioloji məhdudiyyətləri aradan qaldırır.
Avtosfer.az xəbər verir ki, ötən gün Baş nazirin müavini Tatyana Qolikova Rusiyaya yeni koronavirus infeksiyasının gətirilməsinin və yayılmasının qarşısının alınması üzrə operativ qərargahın iclasını keçirib.
“Əməliyyat qərargahının üzvləri tərəfindən aparılan müzakirələrdən sonra 2022-ci il iyunun 14-dən hava yolu ilə, eləcə də dəniz keçid məntəqələri vasitəsilə gələn xarici vətəndaşların Rusiyaya girişinə qoyulmuş epidemioloji məhdudiyyətlərin aradan qaldırılması barədə qərar qəbul edilib" - Nazirlər Kabinetinin yaydığı məlumatda vurğulanıb. (APA)
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man