Bakıda “Toyota Camry” markalı, 10 RY 042 dövlət nömrə nişanlı avtomobilin sürücüsü kobud qayda pozuntusuna yol verib. Hadisə Neftçilər prospektində - Əl Oyunları İdman Sarayının qarşısında baş verib.
Axşam saatlarında həmin nöqtədə dəmir barmaqlıqlar qoyulur və Azneft-dən gələn sürücülərin sola dönməsi məhdudlaşdırılır. Amma dəmir barmaqlıqları və yaxınlıqdaki yol polisini görə-görə qayda pozan sürücülər də var. Belə ki, “Toyota Camry”nin sürücü dəmir barmaqlıqları keçərək qoşa xəttin tələbini pozub və sola dönüb.
Təəssüf ki, DYP əməkdaşı bu qayda pozuntusunu görsə də, heç bir tədbir görmədən yoluna davam edib.
Ümumiyyətlə, həmin nöqtədə svetoforun ləğv edilməsi vacibdir. Çünki svetofor qoyulandan bəri həmin ərazidə dəhşətli tıxac yaranır.
Emin
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man