Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) və “Regional İnkişaf” İctimai Birliyi (RİİB) arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində paytaxt rayonlarında birgə monitorinqlər davam etdirilir.
Bu barədə Avtosfer.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən məlumat verilib.
Hazırda Suraxanı rayonu ərazisində RİİB könüllüləri və icra hakimiyyətinin əməkdaşlarından ibarət birgə monitorinq qrupları küçə və prospektlərdə, park və məhəllələrdə reydlər keçirir. Nəticələrdən asılı olaraq yaşıllıq zolaqlarının salınması, küçələrin işıqlandırılması, asfalt örtüklərinin yenilənməsi, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün səkilərin salınması və digər istiqamətlərdə təkliflər hazırlanır.
Qeydə alınan çatışmazlıqların aradan qaldırılması üçün növbəti mərhələdə aidiyyəti qurumlarla əməkdaşlıq çərçivəsində tədbirlərin icrasına başlanılacaqdır.
Xatırladaq ki, Səbail, Nərimanov və Yasamal rayonlarında keçirilmiş monitorinqlərin nəticələri üzrə bir sıra küçə və prospektlərdə səkilər təmir edilib, ağaclar budanıb, yaşıllıqlar salınıb, işıqlandırma sistemləri qurulub və digər abadlıq işləri görülüb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man