Bakıda salınan yerüstü keçid “Formula-1”dən sonra da fəaliyyət göstərəcək

03 İyun 2022 | 13:49
OXUNUB: 848

Hər il olduğu kimi, bu il də “Formula-1” Azərbaycan Qran-prisi müddətində (10-12 iyun) piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.

Avtosfer.az-ın xəbərinə görə, yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün yarış halqası ərazisində yerləşən daimi yeraltı keçidlər gün boyu açıq olacaq.

Piyadalar halqa ətrafında, Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, Xaqani və Rəşid Behbudov küçələrinin, Azadlıq prospekti ilə Xaqani küçəsinin kəsişməsində müvəqqəti yerüstü keçidlərdən istifadə edə biləcəklər.

Rəşid Behbudov küçəsinin Neftçilər prospekti ilə kəsişməsində salınan keçid isə daimi olaraq quraşdırılıb. Hazırda orada tamamlama işləri aparılır.

Oxu.Az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man