Vətən müharibəsi zamanı ağır yaralanmış Asəf Məmmədli uğurla əməliyyat olunub.
Avtosfer.az xəbər verir ki, Vətən müharibəsi zamanı ağır şəkildə yaralanmış qazimiz Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibb üzrə fəlsəfə doktoru Elviz Qasımovun rəhbərliyi ilə əməliyyat edilib.
Suqovuşan istiqamətində gedən ağır döyüşlər zamanı 120-lik topdan açılan mərmidən yaralanan, qarın boşluğu orqanları zədələnən, bağırsaqları deşilən, bud-çanaq oynağı ciddi yaralanmaya məruz qalan qazimiz Məmmədli Asəf ƏbdülHüseyn oğlu bu ilin mart ayında Elmi Tədqiqat Travmatologiya Və Ortopediya İnstitutuna müraciət edib.
Qazimizə həkimlər tərəfindən yeni bir oynaq əməliyyatının keçirilməsi zərurətinin olduğu bildirilib. Xəstənin əməliyyatının ölkədən kənarda həyata keçirilməsi planlaşdırılsa da, bu ağır cərrahi əməliyyatı tibb üzrə fəlsəfə doktoru Elviz Qasımov öz üzərinə götürüb.
Əməliyyat ümumi anesteziya altında həyata keçirilib. Ağır zədələnmiş bud-çanaq oynağı süni və xüsusi hazırlamış qəfəslərlə yenidən formalaşdırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man