Kürdəmirdə baş verən dəhşətli qəzanın TƏFƏRRÜATI - Toydan qayıdırmışlar

Yol qəzaları 03 İyun 2022 | 12:49
OXUNUB: 950

İyunun 2-nə keçən gecə Kürdəmirdə baş vermiş ağır yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ağsu-Kürdəmir-İmişli yolunun Təklə kəndindən keçən hissəsində qəzaya uğrayan “Mercedes-Benz” markalı mikroavtobusdakı şəxslər toydan qayıdırmışlar.

Belə ki, mikroavtobusun sürücüsü, 64 yaşlı Elman Əşrəfov həyat yoldaşı Firəngiz Əşrəfova və dayısı oğlu Niyaməddin Ağayevlə birlikdə Kürdəmirin Pirili kəndində, qohumunun evində keçirilən məclisdə iştirak ediblər. Daha sonra onlar yaşadıqları Ağsunun Qaradağ kəndinə qayıdarkən ağır qəza baş verib.

Mikroavtobusun əks istiqamətdə hərəkətdə olan “KamAZ” markalı yük maşını ilə toqquşması nəticəsində E.Əşrəfovla dayısı oğlu aldıqları xəsarətlərdən hadisə yerində həlak olublar. E.Əşrəfovun həyat yoldaşı isə ağır xəsarətlər alıb. O, təcili yardım maşını ilə Bakıya gətirilərək xəstəxanalardan birinə yerləşdirilib.

Hadisə nəticəsində “KamAZ”ın sürücüsü, Şəki rayon sakini Faiq İsmayılov da xəsarətlər alıb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man