Nizami rayonunda iki küçə təmir olunur - FOTO - VİDEO

Yeniliklər 03 İyun 2022 | 15:38
OXUNUB: 872

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Nizami rayonunda Məmmədəli Şərifli küçəsinin Şirin Mirzəyev küçəsindən Rizvan Teymurov küçəsinədək olan hissəsi əsaslı təmir edilir.

Agentlikdən Avtosfer.az-a verilən məlumata görə, təmir olunan hissəsinin uzunluğu 880, eni ortalama 10 metr təşkil edir.

Aparılan təmir işləri çərçivəsində küçəboyu deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatının frezlənməsi, frezlənmiş əraziyə əlaqələndirici bitum səpilməklə yeni asfalt-beton örtüyünün döşənməsi, zəruri olan yerlərdə vətəndaşların rahat və təhlükəsiz hərəkətini təmin etmək məqsədilə mövcud piyada səkilərinin bərpa olunması, köhnə səki daşlarının yenilənməsi icra olunur.

Artıq küçənin 280 metrlik hissəsində sadalanan işlər yekunlaşıb, piyada səkiləri bərpa olunaraq 350 kv.m sahəsi asfaltlanıb, 420 p/m yeni səki daşları düzülüb.

Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinə yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması nəzərdə tutulub.

Sonuncu mərhələdə küçə üfüqi nişanlanma xətləri, piyada zolaqları, həmçinin parking yerləri ilə təmin olunaraq müasir görkəmdə vətəndaşların istifadəsinə veriləcək.

 

 

Anoloji təmir işləri hazırda Nizami rayonunda Şirin Mirzəyev küçəsində də aparılır.

Qeyd edək ki,cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, rayon üzrə təmirə ehtiyacı olan və ümumi uzunluğu 6.25 km təşkil edən 9 küçə təmir edilir.

Agentlik tərəfindən 2021-ci ildə Nizami rayonu ərazisində ümumi uzunluğu 5.5 km təşkil edən 7 küçə təmir edilib.

Nizami rayonunda iki küçə təmir olunur (FOTO/VİDEO)

Nizami rayonunda iki küçə təmir olunur (FOTO/VİDEO)

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man