Azərbaycanda ən çox satılan avtomobil markaları açıqlanıb - SİYAHI

03 İyun 2022 | 13:38
OXUNUB: 1457

2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 33 rəsmi avtomobil dileri vasitəsilə 3111 ədəd yeni avtomobil satılıb.

APA-nın avtomobil bazarından əldə etdiyi məlumata görə, satışların həcmi üzrə “Toyota” yenə liderliyini qoruyub. Azərbaycanda Yaponiya avtomobil markası üzrə bu ilin dörd ayında 739 avtomobil satılıb. Satışların həcminə görə, Cənubi Koreya markaları “Hyundai” ikinci (578 ədəd) və “Kia” isə üçüncü (345 ədəd) olub.

Rusiyadan avtomobillərin idxalı ilə bağlı problem yaşayan “Lada” aprel ayında satış həyata keçirməsə də, marka əvvəlki ayların satışlarına görə siyahıda dördüncü olmağı bacarıb və ümumi satışların həcmi 268 avtomobil təşkil edib.

Fevral və mart aylarında satışları azalan “Mitsubishi” isə aprel ayında satışlarını artıra bilib (187 ədəd) və ümumi siyahıda TOP-5-ə daxil olub.

2022-ci ilin yanvar-aprel aylarında ən az satılan avtomobillər isə “Genesis”, “Jaguar” və “Alfa Romeo” olub. Bu markalar üzrə cəmi bir avtomobil satılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man