Avtomobil qəzalarında ölən və xəsarət alan şəxslərin sayı ötən illərlə müqayisədə azalıb. Avtosfer.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru İkram Məmmədov bildirib. Polis mayoru statistikaya əsasən qeyd edib ki, dövlət müstəqilliyindən əvvəlki dövrdə il ərzində yol-nəqliyyat hadisələrində orta hesabla 1300-dək şəxs həlak olub, 4 minə yaxın insan xəsarət alıb: "Həmin vaxtdan ötən müddətdə avtomobillərin sayı 4 dəfə (387665 - dən 1.620.910 - a qədər) artsa da, qəzalarda ölənlərin (557) sayı 2 dəfə, xəsarət alanların sayı (2250) təxminən 2,5 dəfə azalıb".
DİN rəsmisi vurğulayıb ki, Avropa Komissiyasının hesablamalarına əsasən, əhalinin hər 100 min nəfərinə nisbətdə yol-nəqliyyat hadisələrində həlak olanların sayına görə Azərbaycan dünyada 28-ci yerdədir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man