"Apple" şirkəti daxili kamerası olan saatı prototipi patentləşdirib.
Trend xəbər verir ki, bu barədə "Patently Apple" nəşri yazır.
Qeyd olunur ki, bu barədə məlumat ABŞ Patent və Ticarət Nişanları İdarəsinin (USPTO) məlumat bazasında yerləşdirilib. Görüntülərə əsasən, korporasiyanın mühəndisləri kameranı “Apple Watch” saatının tacında quraşdırıblar. Kameranı foto və videoları birbaşa istifadəçinin biləyindən çəkmək üçün istifadə etmək olar.
Daha yaxşı fotoşəkillər əldə etmək üçün gadget'a flaş funksiyalarını yerinə yetirən diod işıq quraşdırılıb.
Əlavə olunur ki, "Apple" bundan əvvəl də oxşar ixtiraya patent almışdır. Lakin 2019-cu ildə şirkət kameranı saatın kəmərində quraşdırılması ilə bağlı müvafiq qeydiyyatdan keçmişdir.
Qeyd edək ki, hazırda "Apple"-in istehsal etdiyi “Apple Watch” smart saatlarında kamera yoxdur.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man