İsmayıllı rayonunun Kəlfərəc kəndi ərazisində torpaq sürüşməsi baş verib. Nəticədə təxminən 1 il əvvəl asfaltlanmış yolda çatlar yaranıb.
Avtosfer.az-ın məlumatına görə, yeni salınmış 8 km-lik yolda torpağın çökməsinə səbəb son vaxtlar yağan intensiv yağışlardır. Hazırda ərazidə sürüşmə aktivdir. Kənd sakinləri bildirirlər ki, hər gün yeni çöküntülər meydana gəlir. Onlar yolun təhlükəli olduğunu bildirirlər. Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yolun çökən hissələrində hərəkəti təmin etmək üçün işlər görülüb. Ərazidə sürüşmə səngiyəndən sonra yolun təmiri aparılacaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man