Bu avtobusda gedişhaqqı ucuzlaşdı - VİDEO

Gündəm 01 İyun 2022 | 23:39
OXUNUB: 1404

Metronun "Əhmədli" stansiyasından Hövsan qəsəbəsinə sərnişin daşıyan 132 nömrəli avtobusda gedişhaqqı ucuzlaşıb. Buna səbəb avtobusda gedişhaqqının nağdsız formada, yəni kart sistemi ilə qəbul edilməsidir.

Avtosfer.az-ın məlumatına görə, indiyə qədər sərnişinlər məsafədən asılı olmayaraq həmin avtobusda gedişhaqqını 40 qəpik olaraq ödəyiblər. Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gedişhaqqı 35 qəpik müəyyən edilib. Sərnişinlər bu addımı müsbət qiymətləndirdiklərini deyirlər və hesab edirlər ki, kart sisteminə keçid neqativ halları da aradan qaldıracaq. Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi "BakıKart" vasitəsilə nağdsız formada həyata keçirilir. Yaxın vaxtlarda daha bir neçə avtobusda gedişhaqqının nağdsız formada qəbul ediləcəyi gözlənilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man