DİN saxlanan şəxsin bölmədə ölməsi ilə bağlı məlumat yayıb

01 İyun 2022 | 23:13
OXUNUB: 1246

Bu gün polis əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin alqı-satqısında şübhəli bilinən Yardımlı rayon sakini, 1975-ci il təvəllüdlü Rövşən Əliyev rayon polis şöbəsinə gətirilib.

DİN-dən Avtosfer.az-a verilən məlumata görə, onun üzərindən satış məqsədilə külli miqarda narkotik vasitə aşkar olunmuşdur. Narkotik aludəçisi R.Əliyev ilkin dindirmə zamanı qəfil halı pisləşdiyi üçün polis əməkdaşları tərəfindən təcili tibbi yardım çağırılıb. Göstərilən səylərə baxmayaraq, o ölüb. Ölüm faktı ilə əlaqədar məhkəmə-tibb ekspertizası təyin edilmiş, ekspertlərin, prokurorluq əməkdaşlarının və mərhumun yaxın qohumlarının iştirakı ilə meyitə baxış keçirilmişdir. İlkin xarici müayinə zamanı meyit üzərində hər hansı xəsarət aşkar edilməmişdir. Faktla bağlı prokurorluqda araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man