“Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı şəhərindən tələbatın daha çox olduğu istiqamətlər üzrə - Dubay və İstanbul şəhərlərinə yerinə yetirdiyi reyslərə böyük tutumlu genişgövdəli hava gəmiləri ayırır.
AZAL-dan Avtosfer.az-a verilən məlumata görə, Bakı-Dubay-Bakı və Bakı-İstanbul-Bakı marşrutları üzrə həyata keçirilən reyslərə tələbatın artması ilə əlaqədar, AZAL iyunun 15-dən sentyabrın 15-dək müddət ərzində böyük tutumlu hava gəmilərindən istifadə edəcək. 15 iyundan etibarən aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportundan Dubay şəhərinə Boeing 767, İstanbul şəhərinə isə Boeing 787 (Dreamliner) tipli genişgövdəli hava gəmiləri ilə uçuşlar yerinə yetirməyə başlayır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man