Almaniyada ictimai nəqliyyatda şok qiymət

Maraqlı 01 İyun 2022 | 18:22
OXUNUB: 1220

Almaniyada bu gündən etibarən 9 avroluq biletin tətbiqinə başlanıb.

Avtosfer.az-ın xəbərinə görə, ucuz biletlə bağlı qərar mayın 20-də qəbul edilib. Qərara əsasən 9 avroya 1 ədəd aylıq bilet alan şəxs ay ərzində istənilən şəhərdə ictimai nəqliyyatdan, o cümlədən ölkə üzrə regional qatarlardan limitsiz istifadə edə  biləcək. Qərar 3 ay qüvvədə olacaq. Məlumat üçün deyək ki, Almaniyanın əksərşəhərlərində 1 ədəd gedib bileti təxminən 1,5 avrodur.
Yeni sistemdən turistlər də istifadə edə biləcək. Məqsəd yanacağın bahalaşması fonunda əhalinin şəxsi avtomobildən istifadə etməməsini təşviq etməkdir. 

PS. Şəhərimizdə bütün böyük tədbirlər vaxtı (elə Formula 1, Teknofest də daxil) DYP və BNA əhalini şəxsi avtomobildən istifadə etməməyə çağırsa da, bu müraciətə heçkim məhəl qoymur. Nəticəsini elə bu gün də paytaxt sakinləri (xüsusən də Bayıl tərəfdə yaşayanlar) görür. Bəlkə Almaniya təcrübəsindən bəhrələnək? Axı dünya gör-götür dünyasıdır.

Məsələn, eksperiment olaraq Bakı-Sumqayıt qatarını və avtobusları pulsuz edib yolu yüngülləşdirmək mümkün olmazmı?

Vüqar Yaşaroğlu

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man