“TEKNOFEST” festivalı türkün gücünü dünyaya göstərdi

01 İyun 2022 | 13:29
OXUNUB: 732

Azərbaycan nüfuzlu beynəlxalq təşkilatların tədbirlərinin, dünya miqyaslı idman yarışlarının, həmçinin beynəlxalq əhəmiyyətli festivalların yüksək səviyyədə keçirilməsinə qadir olduğunu dəfələrlə təsdiqləyib. Hətta koronavirus pandemiyası dünyanı lərzəyə gətirdiyi zamanda da ölkəmiz bir sıra mötəbər qurumların Zirvə görüşlərini videoformatda keçirməklə öz ənənəsinə sadiqliyini nümayiş etdirib. Vətən müharibəsi tarixi Qələbəmizlə başa çatdıqdan sonra respublikamız yenidən beynəlxalq tədbirlərə ev sahibliyini davam etdirdi. Bu dəfə işğaldan azad edilmiş Şuşa şəhəri, Cıdır meydanı beynəlxalq tədbirlərə qucaq açdı. Budur, ölkəmiz daha bir tədbirə - “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına ev sahibliyi etdi. Bu tədbir, eyni zamanda, türkün gücünü, qüdrətini həmrəylini dünyaya nümayiş etdirdi.

Bu fikirləri AZƏRTACA-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.

Festivalın ölkəmizdə ilk dəfə keçirildiyni vurğulayan hüquq müdafiəçisi iki dost, qardaş, müttəfiq ölkələrin - Azərbaycan və Türkiyənin növbəti dəfə sarsılmaz birlik, həmrəylik nümayiş etdirərək dünyanı heyrətləndirdiklərini vurğuladı. Türkiyə-Azərbaycan həmrəyliyi ilk dəfə deyil ki, dünyanı yaxşı mənada təəccübləndirir. Prezident İlham Əliyev “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalında çıxışı zamanı da bu məsələni xüsusi olaraq vurğuladı. Dövlətimizin başçısı diqqətə çatdırdı ki, ölkəmiz müstəqilliyini bərpa edəndən indiyədək Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq köməyini hər zaman hiss etmişik, bu gün də hiss edirik. Bu əməkdaşlıq gündən-günə möhkəmlənir.

Komitə sədri deyib ki, Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Həm çətin, həm də yaxşı günlərdə hər iki ölkə bir-birinə arxa-dayaq olub. İki dost və qardaş ölkə birlik, həmrəylik nümayiş etdirdikcə, bir yerdə inamla addımladıqca, bölgədə sülh və barış bir o qədər möhkəm olub. Vətən müharibəsi zamanı, Zəfər paradı və postmüharibə dövründə geniş miqyas almış yenidənqurma, bərpa-quruculuq işləri zamanı da bunun şahidi olduq: “Yeri gəlmişkən, Vətən müharibəsi başlayan gündən Türkiyə Azərbaycanın yanında oldu. Qardaş ölkə Prezidenti müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməklə iki ölkənin qardaşlığının sarsılmaz olduğunu dünyaya bəyan etdi. Prezident daha sonra demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın növbəti təzahürü idi. Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək hər bir soydaşımızı qürurlandırdı, sevindirdi və daha mətin etdi. Bu sözlər şanlı Azərbaycan Ordusuna əlavə güc, inam verdi. Bu, həm də dünya erməniliyinə, ölkəmizə qarşı qərəzli olanlara və ikili standartlar mərəzindən əl çəkə bilməyənlərə ciddi mesaj idi”.

Ç.Qənizadə 2021-ci ilin dekabrında Bakının Azadlıq meydanında keçirilən Zəfər paradını xatırlatdi. Paradda Prezident Rəcəb Tayyib Ərdoğanın dövlətimizin başçısı ilə çiyin-çiyinə dayanması, eyni zamanda, Türkiyədən gəlmiş böyük nümayəndə heyətinin, türk əsgər və zabitlərinin iştirakı birliyimizin, dostluğumuzun və qardaşlığımızın dünyaya verilən aydın mesajı idi. Komitə sədri bu birliyin indi də davam etdirildiyni diqqətə çatdırdı. Dedi ki, hazırda işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa- quruculuq işlərində Türkiyə şirkətlərinin fəal iştirakı beynəlxalq aləmin diqqət mərkəzindədir: “Prezident Rəcəb Tayyib Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında, Cıdır düzündə keçirilən bayram şənlikərində iştirakı iki ölkə arasında qardaşlığın sarsılmaz olduğunu bir daha təsdiqlədi. Eyni zamanda, tarixi Şuşa Bəyannaməsinin imzalanması Türkiyə və Azərbaycanı rəsmən müttəfiqlik zirvəsinə ucaltdı. Bu müttəfiqlik özünü hər yerdə - siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində göstərir.

Rəcəb Tayyib Ərdoğanın çıxışından bəzi faktları diqqətə çatdıran hüquq müdafiəçisi vurğulayıb: “Qardaş ölkənin Prezidenti çıxışında Türkiyə ilə Azərbaycanı kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlət, iki xalq olduğunu bildirdi. Dedi ki, Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq”.

Ç.Qənizadə diqqətə çatdırıb ki, “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalının böyük əhəmiyyət daşımaqla yanaşı, həm də türkün gücünü, həmrəyliyini, birliyini bütün dünyaya bir daha nümayiş etdirdi.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man