Bakıda qeyri-adi qəza: Avtomobil hasarı yarıb xəstəxananın həyətinə düşdü - VİDEO - YENİLƏNİB

Yol qəzaları 01 İyun 2022 | 10:49
OXUNUB: 1675

Bakı şəhərində qeyri-adi qəza baş verib. 

Avtosfer.az-ın məlumatına görə, hadisə Mirəsədulla Mirqasımov küçəsində qeydə alınıb.

Belə ki, avtomobilin sürücüsü idarəetməni itirərək, hasarı aşırıb və Kliniki Tibbi Mərkəzin (KTM) həyətinə düşüb. 

Qəza nəticəsində avtomobildə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Yanğının qarşısı alınıb.

Qəzanın səbəbləri araşdırılır.

Hadisə ilə bağlı Kliniki Tibbi Mərkəzin Mətbuat Xidmətinin rəhbəri Elnur Hidayətoğlu Oxu.Az-a açıqlama verib.

O bildirib ki, hadisə bu gün səhər saat 7:20 radələrində baş verib:

“Belə ki, “Hyundai Sonata” markalı avtomobil sürət həddini aşaraq Kliniki Tibbi Mərkəzinin hasarına çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət alıb. Təcili yardım şöbəsində ona yardım edilib və həyatı təhlükəsi olmayıb. Həkim müayinəsindən sonra şəxs evə buraxılıb”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man