Bakıda gənc oğlan çoxsaylı bıçaq xəsarətləri alıb.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Ramana qəsəbəsində 1996-cı il təvəllüdlü Abbasov Elşən Nurxan oğlu mübahisə zəminində bıçaqlanıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bədəninin müxtəlif nahiyələrində 5 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.
E.Abbasov əməliyyat olunub, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Hadisənin təfərrüatı araşdırılır
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man