Şirkətlər taksidə istifadə olunanları sığortalamır - DYP cərimə yazsa kim ödəyəcək?

Yazarlar 01 İyun 2022 | 08:41
OXUNUB: 810

Son günlər çoxsaylı vətəndaşlar Avtosfer.az saytına müraciət edərək “Toyota Prius” markalı avtomobillərin sığorta şirkətləri tərəfindən sığorta olunmadığını və problem yaşadıqlarını bildirirlər. Eyni zamanda sosial şəbəkələrdə də bu barədə narazılıqlar var. Nəticədə sığortasız qalan Priuslar ya idarə olunmur, ya da sürüldükdə cərimələnirlər.

Bəs görəsən sığorta şirkətlərinin bu addımı hüquqi cəhətdən doğrudurmu? Məsələ ilə bağlı hüquqşünas Ərşad Hüseynov Avtosfer.az-a bildirib ki, mühərrikin həcmi kiçik olan və daha çox taksi kimi istifadə edilən, eləcə də qəza ehtimalı yüksək olan minik avtomobillərinin icbari sığortasıyla bağlı həqiqətən də problem yaranıb. “Problem ondan ibarətdir ki, belə avtomobillərin sahibləri mülki məsuliyyətinin icbari sığortası üçün elektron sistemdən yararlanmaq, elektron qaydada sığorta şəhadətnaməsi almaq istədikdə sistem onlara sığorta şirkətinin şəhadətnaməsini vermir. Sistemin işləmədiyi məlumatı ekrana çıxır. Şirkətlərə müraciət etdikdə isə sistemin işləmədiyini səbəb gətirərək məsələdən yayınırlar.

Ərşad Hüseynov hesab edir ki, bu, inandırıcı, təbii və ciddi deyil. “Sığortaçılar çalışırlar ki, mühərrikin həcmi kiçik olan, illik sığorta haqqı 50 manatdan az olan avtomobilləri sığorta etməsinlər. Buna müxtəlif bəhanələr gətirirlər. Ən başlıca səbəb bu tipli avtomobillərin taksi fəaliyyəti ilə məşğul olmalarıdır. Taksilərin il ərzində bir neçə dəfə qəza etməsi sığorta riskini artırır. Sığorta şirkətləri sığorta təminatı verir, ödənişlər edir və təbii ki, o 50 manat onu qarşılamır”.

Hüquqşünas deyir ki, qanun bu cür davranışı qadağan edir. Adından da göründüyü kimi, mexaniki nəqliyyat vasitəsinin istənilən növü öz avtomobilindən istifadəylə bağlı mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir. Yəni istənilən növ mexaniki nəqliyyat vasitəsinin sahibi öz mülki məsuliyyətini icbari qaydada sığorta etdirməlidir. İcbari - yəni məcburi sığorta. Məcburi olduğuna görə dəİcbari sığortalar haqqında” qanunda konkret olaraq 23.3-cü maddədə aydın şəkildə yazılıb ki, əgər riskli sığorta etdirmək istəyən şəxs sığortaçıya müraciət edirsə, sığortaçı heç bir halda bundan imtina edə bilməz. Kiçik mühərrikli avtomobilin sürücüsü sığorta şirkətinə müraciət edirsə, sığorta şirkəti mütləq onunla müqavilə bağlamalı, qanunda nəzərdə tutulmuş haqqı almaq şərtilə ona sığorta şəhadətnaməsi verməlidir.”

Ərşad Hüseynov bu problemlə qarşılaşan şəxslərə çıxış yolunu da göstərib. “Belə hallarda mühərrik həcmi kiçik olan avtomobil sahiblərinə tövsiyə edirik ki, Mərkəzi Banka müraciət etsinlər. Mərkəzi Bankın tabeliyinde olan sığorta nəzarət xidməti onların bu problemini həll etməlidir. Əgər hər hansı ciddi problem olarsa, istehlakçı kimi istehlak hüquqlarının qorunmasıyla bağlı müraciət etdikləri sığortaçıya qarşı məhkəmədə iddia qaldıra bilərlər. Mənəvi zərər gördüklərini də iddia edə bilərlər. Hətta bunun nəticəsində yolda hərəkət zamanı DYP tərəfindən cərimələnibsə təzminat iddiası da qaldırmaq olar”.

 

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man