Yol polisi bu qadağa ilə bağlı sürücülərə MÜRACİƏT ETDİ

İctimai nəqliyyat 31 May 2022 | 16:38
OXUNUB: 808

““Formula Azerbaijan Grand Prix 2022” yarışına hazırlıq dövrü keçirilir. Bununla əlaqədar təddbir keçiriləcək marşrut üzrə yollarda hərəkət istiqamətində zolağların azalması, baryerlərin qoyulması süni sıxlıqların yaranmasına səbəb olur." Hərəkət iştirakçılarımızı səbrli, təmkinli olmağa çağırırıq.”
Bunu Avtosfer.az-a açıqlamasında Bakı şəhər DYP-nin əməkdaşı, polis leytenantı Rüstəm Əhmədli deyib. O, bu tədbirin dövlət əhəmiyyətli bir tədbir olduğunu nəzərə alaraq əvvəlcədən vəziyyətin düzgün dəyərləndirilməsinə vətəndaş həmrəyliyi nümayiş etdirilməsinə görə bütün hərəkət iştirakçılarına, sürücülərə isə anlayışına görə təşəkkür edib.
"Əlavə olaraq bildiririk ki, hazırda paytaxtın "Azneft" dairəsi, eləcə də Neftçilər prospekti boyunca qoyulan baryerlər bu istiqamətdə süni sıxlıq yaşatdığından cənubdan hərəkətdə olan nəqliyyatın istiqamətinin dəyişdirilməsinə səbəb olur. Ona görə də bu istiqamətə doğru hərəkət edən sürücülərə xahiş edirik ki, Lökbatan dairəsindən 3-cü Kənar Dairəvi yolla hərəkət etsinlər.”

 

Nərminə Əli

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man