Yeni nəsil "Mercedes-AMG C 63" modeli dördsilindrli hibrid olacaq - FOTO

31 May 2022 | 19:17
OXUNUB: 785

Mercedes-AMG bölməsi yeni nəsil C 63 sedanının prototipini nümayiş etdirib. Yığcam sedan ilk dəfə olaraq V8 mühərriki ilə deyil, A 45 modelinin təkmilləşdirilmiş “turbodördlüyünün” bazasında yaradılmış hibrid güc qurğusu ilə təchiz ediləcəkdir.

Yola saldığımız Mercedes-AMG C 63 4Matic+ sedanı 510 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 4,0-litrlik V8 biturbo mühərriki ilə təchiz edilir. “Bərkgedən” sedanın varisi C 63 indeksini qoruyub saxlasa da, onun konsepsiya bir qədər fərqli olacaqdır. 

 

Artıq ön təkərləri 48 voltluq startyor-generatoru və elektrik turbini olan 477 at qüvvəli 2,0-litrlik dördsilindrli M139 mühərriki hərəkətə gətirəcəkdir. Arxa ötürməyə isə, 204 at qüvvəli elektrik mühərrikinə cavabdeh olacaqdır. “Autocar” nəşrinin bildirdiyinə görə, belə qurğu P1 adlanır və ümumilikdə 679 at qüvvəsi və 750 Nm fırlanma anı hasil edir.

Bu, əvvəlki Mercedes-AMG C 63 S modelində və onun birbaşa rəqibi BMW M3 Competition (510 at qüvvəsi və 650 Nm) sedanında olduğundan çoxdur. Fırlanma anına görə, yeni C 63 hətta Alpina B3 (750 Nm) modelini də üstələyir, lakin B5 sedanından (800 Nm) geri qalır.

 

Yeni Mercedes-AMG C 63 modelinin dinamik xüsusiyyətləri açılanmayıb, lakin 100 km/saat sürətlənmənin 3,5 saniyə çəkəcəyi real görünür.

Ən əsası isə, dördsilindrli mühərrik V8 M177 mühərrikindən 48,5 kiloqram yüngüldür. Hibrid əlavənin çəkisini nəzərə alsaq belə, bu çox ciddi üstünlükdür. Bundan yanaşı, yeni C 63 dha alçaq ağırlıq mərkəzinə və hər bir oxa ötürülən dartma qüvvəsinə nəzarət etməyə imkan verən yeni tam ötürmə sisteminə malik olacaqdır.

 

Hələlik, Mercedes-AMG C 63 sdanı prototip statusunda debüt edib. Hibrid sedanı “Nürburqrinqin 24 saatı” marafonu çərçivəsində nümayiş etdiriblər. “Bərkgedən” sedan yayda satışa çıxmalıdır. M139 modelinin bazasında yaradılmış hibrid güc qurğusu da yeni C63 sedanı ilə birlikdə debüt edəcəkdir. Sonradan onu bənzər indeksi olan digər modellərdə də quraşdırlacaqlar.

autograph.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man