"Mercedes-AMG E63 Final Edition: V8" mühərrikli sedanlarının son buraxılışı - FOTO

31 May 2022 | 16:18
OXUNUB: 553

Mercedes-AMG E63 Final Edition: V8 mühərrikli sedanlar 36 ildən sonra tarixə qovuşur. 

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, bir vaxtlar performans dünyasının ayrılmaz dueti olan Mercedes-AMG və V8 bəlkə də yolun sonuna gəlmişdir. Alman istehsalçısı indi elektrik mühərriklərinə diqqət yetirməyə başlayıb. Bu metamorfoz prossesi bir dövrün sonunu gətirmiş ola bilər.

Yeni nəsil GLC Series-in təqdimat tarixi yaxınlaşdıqca, Mercedes-AMG E63 S Final Edition haqqında təfərrüatlar aydınlaşmağa başlayıb. Alman həmkarlarımızın iddialarına görə, “Final Edition” təyinatı V8-i sonuncu dəfə istifadə edəcək AMG E-Class Sedan-a işarə edir.

İddialara görə, W214 nəsil Mercedes E-Class modelləri, hətta AMG törəmələri V8 mühərrikləri ilə vidalaşacaq. Beləliklə, hazırda brendin idarəetmə mərtəbəsində səkkiz silindrli mühərriklərin elektrik şəbəkəsindən çıxarılması müzakirə olunur. AMG E63 S Final Edition həm də mövcud olan son V8 mühərrik modeli kimi görünür.

Eksteryer dizaynında tutqun rəng seçiminə sahib olacaq AMG E63 S Final Edition, karbon lifli hissələri və 20 düymlük təkər diskləri ilə diqqət çəkir. Salonda bol karbon lif toxunuşlarına da ev sahibliyi edən modelin yaxın gələcəkdə bütün detallarını öyrənmək fürsətimiz olacaq.

Nərminə Əli

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man