Avstriya da avtoşluğa görə qanunu sərtləşdirdi - 10 min avro cərimə

Nəqliyyat xəbərləri 01 İyun 2022 | 08:46
OXUNUB: 1583

Avstriya hökuməti avtoxuliqanlıqla mübarizə çərçivəsində yeni qanun qəbul edib. Avtosfer.az-ın xəbərinə görə, yeni qanun “yanacağa qənim kəsilənləri” hədəfə alır.

Qanuna görə, avtomobili ikitəkər qaldırmaq, dayanacaq tormozu ilə saxlamaq, yer yazmaq və ya asfaltdan tüstü çıxarmaq kimi hallar qayda pozuntusu hesab edilir. Bu hərəkəti törədənlər 300 avrodan 10 000 avroyadək cərimələnəcək.

Qanunun müəllifləri bildirirlər ki, ilk növbədə məqsəd ekologiyanı qorumaq və təhlükəsizliyi təmin etməkdir. Ölkədə çox sayda gözəl asfalt çəkilmiş dağ yolu və aşırımlar mövcuddur. Hər yay qonşu ölkələrin turistləri avtoşluq üçün Avstriyaya axın edir. Bu ildən ənənəyə son qoymaq qərara alınıb.
Yeni qanun iyulun birindən qüvvəyə minəcək.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man