Yol hərəkətinə dair qəribə fətva verildi - Tıxac haramdır

Nəqliyyat xəbərləri 31 May 2022 | 14:19
OXUNUB: 6232

Bəlkə də başlıq qəribə görünə bilər: yol hara, fətva hara? Amma bəzən belə də olur, amma Azərbaycan kimi dünyəvi dövlətdə yox. 

Avtosfer.az-ın xəbərinə görə, bir neçə il əvvəl İndoneziyanın Üləmalar Şurasında təmsil olunan nüfuzlu din alimləri yollarda sürətin azaldılması üçün qoyulan sünii maneələri haram hesab etdilər.
Alimlərin qənaətinə görə, sünii maneələr hərəkətə mane olmaqla yanaşı qəza və tıxaclara səbəb olur. Peyğəmbər (sav) bir hədisində bildirib ki, yolda hərəkətə maneə yaradan heç nə olmamalıdır. Bu baxımdan sünii maneələr şəriətə uyğun deyil.
Fətvada eyni zamanda bildirilir ki, tıxaca səbəb olacaq hərəkətlər günah, tıxac isə haramdır. 

PS. Din alimlərinin fətvasına şərh vermək niyyətim olmasa da bir sual beynimdə dolanır: görəsən hörmətli üləma Yasamalın bəzi məhəllələrində hər 10 addımdan bir qoyulmuş sünii maneələri görsə nə deyərdi? Nəzərə alaq ki, əsas yollarda 5-6 il əvvəl təmir zamanı bütün sünii maneələr yığışdırılsa da, ara yollarda qalır və artır. Eynən də Lökbatan qəsəbəsində binaların qarşısında. Mülki donanmada istismardan çıxarılmış bütün kəndirlər yolda maneə yaratmaq üçün istifadə edilir.

 

Vüqar

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man