Sabiq müdafiə naziri Paşinyanın müharibə ilə bağlı daha bir sirrini açdı – DETALLAR

18 Aprel 2022 | 13:40
OXUNUB: 924
Baş nazir Nikol Paşinyanın 2-ci Qarabağ müharibəsi zamanı Ermənistan ordusunda  qoruyucu jilet və dəbilqə çatışmazlığından xəbəri olub.

Sfera.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri keçmiş müdafiə naziri David Tonoyan səsləndirib.

"Məsuliyyətlə bildirirəm ki, silahlı qüvvələrin silah-sursatına və hərbi texnikasına, o cümlədən dəbilqə və qoruyucu jiletlərə olan tələbat Ermənistan hökuməti tərəfindən sonuncu dəfə Paşinyanın baş nazir olduğu dövrdə təsdiq edilmiş Silahların və Hərbi Texnikanın İnkişafı Proqramında ətraflı əksini tapıb", deyə o, qeyd edib.

Xatırladaq ki, Tonoyan və daha bir neçə yüksək rütbəli hərbçi hazırda həbsdədir və istifadəyə yararsız təyyarə raketləri almaqda və 4,6 milyon dolları mənimsəməkdə ittiham olunurlar.

Onlar öz günahlarını etiraf etmirlər. 
 
 (Bizim.media)
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man