Avtomobil Yolları Dövlət Agentliyi Cəlilabad rayonunda 14 yaşayış məntəqəsini birləşdirən kəndlərarası avtomobil yolları əsaslı şəkildə yenidən qurur.
Avtosfer.az xəbər verir ki, bu barədə Agentlik məlumat yayıb.
Ümumi uzunluğu 36,2 km, eni ortalama 10 metr olan yolların örtüyü əsasən torpaq əsaslı olub. Bu üzdən kəndlərarası yollar nəqliyyatın və vətəndaşların rahat hərəkətində problemlərə səbəb olurdu.
Cəlilabadın Təklə-Abazallı, Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı, Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı, Şiləvəngə-Adnalı-Bədirli marşrutu üzrə kəndlərarası avtomobil yollarını əhatə edən layihə üzrə:
- Uzunluğu 5,5 km olan Şiləvəngə-Adnalı-Bədirli yolu hissəsində torpaq işləri və suötürücü boruların quraşdırılması artıq yekunlaşıb. Hazırda yol əsasının alt layının tikintisi aparılır.
- 2,5 km-lik Təklə-Abazallı, 28,2 km uzunluğa malik Təklə-Şorbaçı-Mədətli-Novruzallı-Şötüklü-Bayxanlı-Məlikqasımlı və Şötüklü-Dostallı-Məşədilər-Məmmədrzalı-Şorbaçı kənd yollarının 20 km-lik hissəsində isə torpaq işləri yerinə yetirilib, hazırda suötürücü boruların inşası davam edir.
Yolun Təklə kəndi ərazisdə yerləşən mövcud 54 metrlik 3 aşırımlı körpü də layihə üzrə təmir olunur.
Sözügedən yollarda işlər “İnşaat Norma və Qaydaları”na əsasən, texnloji ardıcıllığa riayət olunmaqla keyfiyyətlə aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti ərazilərinə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub.
Tikinti layihəsinin sonuncu mərhələsində avtobus dayanacaqlarının, yol nişanlarının quraşdırılması və yolun üfüqi nişanlanma xətlərinin çəkilişi aparılacaq.
Beləliklə, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yollar bundan sonra ərazidə yaşayan 14 mindən artıq əhalinin rahat gediş-gəlişini təmin edəcək, yük və sərnişin daşımasını asanlaşdıracaq.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man