Azərbaycanda akkreditə olunmuş xarici diplomatlar Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun tikintisi ilə tanış olublar.
Avtosfer.az xəbər verir ki, tikinti işlərininin 2024-2025-ci illərədək tamamlanması planlaşdırılır.
Yol istifadəyə verildikdən sonra Toğanalıdan İstisuyadək gediş müddəti 45 dəqiqə - 1 saat təşkil edəcək.
Xatırladaq ki, Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Kəlbəcər rayonuna səfəri başlayıb. Səfərdə 50-dən çox ölkə və 10 beynəlxalq təşkilatı təmsil edən 80-dən çox diplomat və hərbi attaşe iştirak edir.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man