Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb.
Avtosfer.az xəbər verir ki, bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb.
İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb.
Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib.
Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev Avtosfer.az-a bildirib ki, məsələ dərhal araşdırılıb. Məlum olub ki, texniki xəta ucbatından partul avtomobilinin düşdüyü radar vətəndaşa göndərilib. Vətəndaşın müraciəti əsasında protokol ləğv edilib və problem aradan qaldırılıb.
Oxu.Az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man