Mariupol məscidində bir həftədir mühasirədə qalan 150-dən çox Azərbaycan və Türkiyə vətəndaşı sərbəst buraxılıb.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, əməliyyat Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tələbi əsasında həyata keçirilib. Nazirlik iddia edib ki, məsciddə xarici muzdlular olub.
Sərbəst buraxılan azərbaycanlıların sayı açıqlanmayıb.
Modern.az