Ukraynada fransız jurnalist qətlə yetirilib – FOTO

31 May 2022 | 00:00
OXUNUB: 3338

Ukraynanın Luqansk vilayətində, Severodonetsk şəhəri ətrafında Rusiya ordusunun bölmələri təxliyə avtobusunu atəş tutublar, nəticədə fransız jurnalist həlak olub.

Avtosfer.az xəbər verir ki, bu barədə Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday öz “Telegram” kanalında məlumat verib. O qeyd edib ki, zirehli təxliyə maşını 10 nəfəri götürmək məqsədi ilə hərbi əməliyyatların getdiyi əraziyə yollanıb və düşmənin atəşi altına düşüb. “Mərmi qəlpələri zirehli avtomobili deşərək təxliyə haqqında reportaj hazırlayan akkreditə olunmuş fransız jurnalisti boyun nahiyəsindən ölümcül yaralayıb”, - hərbi administrasiyanın rəhbəri vurğulayıb. İnsident nəticəsində təxliyə rəsmi olaraq dayandırılıb. “Severodonetsk yaxınlığında dünyasını dəyişən fransız jurnalistin adı Frederik Leklerdir. O, BFM TV kanalında işləyib”, - Sergey Qayday vurğulayıb. Xatırladaq ki, hazırda Ukraynanın Severodonetsk şəhəri uğrunda şiddətli döyüşlər davam edir.

Mənbə: Unian

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man