Mingəçevirdə 49 yaşlı qadın dəm qazından boğularaq ölüb.
Avtosfer.az xəbər verir ki, hadisə şəhərin Nəriman Nərimanov küçəsi 30 /1 ünvanında yerləşən 5 mərtəbəli binanın 4-cü mərtəbəsində baş verib. Şəhər sakini 1973-cü il təvəllüdlü Mətanət Dadaşovanın meyiti hamam otağında aşkarlanıb. Qonşuların sözlərinə görə, qadın qeyd edilən ünvanda tək yaşayırmış. Faktla bağlı araşdırma başlanıb hadisənin baş vermə səbəbləri araşdırılır.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man