BNA:Avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb

30 May 2022 | 18:47
OXUNUB: 1207

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində olan Bakı Nəqliyyat Agentliyi (BNA) Hövsanda marşrut avtobusunun iştirakı ilə baş verən qəzaya münasibət bildirib.

BNA-dan Avtosfer.az-a verilən xəbərə görə, "Kral Transport" şirkətinin istismarında olan avtobusun qəzaya uğraması zamanı sərnişinlər arasında xəsarət alan olmayıb.  Hazırda daşıyıcı şirkətin rəhbəri agentliyə çağırılıb, araşdırma aparılır. Xatırladaq ki, bu gün Suraxanı rayonu, Hövsan qəsəbəsində 132 nömrəli xətt avtobusu BMW markalı avtomobillə toqquşub. Nəticədə avtomobilə ciddi ziyan dəyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man