Erməni nömrəli yük maşınları həftələrlə Tbilisidən buraxılmır

30 May 2022 | 16:14
OXUNUB: 679

Erməni nömrəli yük maşınları həftələrlə Tbilisidən yan keçən yollarda qalıb. 

Avtosfer.az xəbər verir ki, bu barədə parlamentin “Hayastan” fraksiyasının üzvü Artur Xaçatryan öz Facebook səhifəsində yazıb.

“Bizim hökumətimiz var, dünyada buna bənzərini tapa bilməzsən. Yaxşı, tutaq ki, Lars qışda bağlı idi, bəs indi? Hökumət uğursuzluğa bəhanə gətirmək üçün deyil, problemləri həll etmək üçün qurulur. Yenə də keçmişlər, yoxsa Qarabağ günahkardır? Peyk buraxmaqdansa, sürücülərimizin Gürcüstan vasitəsilə buraxılışını təmin edin.

Bu kosmik laqeydliyi görəndə mən şübhələnməyə başlayıram ki, erməni tərəfi bütün bunları qəsdən təşkil edir, ancaq sonra deyirəm: “Görürsən, Lars bağlanıb, gəl türklərin və azərbaycanlıların tələblərini yerinə yetirək ki, Türkiyədən keçən yol açılsın”, – deyə o yazıb.

KONKRET.az

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man