Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var - FOTO

Yol qəzaları 30 May 2022 | 15:14
OXUNUB: 755

Zaqatalada “Niva” markalı minik avtomobili aşıb, xəsarət alanlar var.

APA-nın  məlumatına görə, hadisə bu gün səhər saat 10 radələrində Zaqatala-Muğanlı avtomobil yolunun Aşağı Tala kəndi ərazisindən keçən hissəsində baş verib. Rayonun Faldar kənd sakini 1980-cı il təvəllüdlü Elmin Eyvaz oğlu Qurbanov idarə etdiyi “Niva” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və maşını aşırıb.

Qəza zamanı xəsarət alan Elmin Qurbanov və onun sərnişinləri Faldar kənd sakinləri 2010-cu il təvəllüdlü Səyyarə Rüstəm qızı Rüstəmova, 1979-cu il təvəllüdlü Fərqanə Abbas qızı Qurbanova, 1972-ci il təvəllüdlü Gülayət Qurban qızı Bayramova və 2001-ci il təvəllüdlü Sənəm Elmin qızı Qurbanova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Zaqatala RMX-dan bildirilib ki, hazırda yaralıların müayinəsi aparılır. Onların xəsarətləri yüngül qiymətləndirilir. Ambulator müalicə almaq şərti ilə evə buraxılmaq nəzərdə tutulub.

Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.

Foto

Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var - FOTO Zaqatalada “Niva” aşıb, xəsarət alanlar var - FOTO

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man