Zəngilan Beynəlxalq Hava Limanının tikintisindən yeni FOTOLAR

Gündəm 30 May 2022 | 12:14
OXUNUB: 883

Strateji əhəmiyyətə malik avtomobil və dəmir yollarının keçəcəyi Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilanda tikilən beynəlxalq hava limanı regionun inkişafında böyük əhəmiyyət daşıyacaq.

Avtosfer.az xəbər verir ki, “Azərbaycan Hava Yolları” QSC-nin nümayəndəsi Valeh Əmiraslanovun AZƏRTAC-a açıqlamasında bildirib ki, hava limanının 2021-ci il aprelin ayının 26-da Prezident İlham Əliyev tərəfindən təməl daşının qoyulduğu gündən bəri sahəsi 5 min kvadratmetr olan terminal binasının dəmir-beton konstruksiya işləri tamamlanıb, metal konstruksiya quraşdırılıb. Hazırda dam örtüyünün bağlanması işləri həyata keçirilir.

Dam örtüyü işlərinin 80 faizi artıq yerinə yetirilib, yaxın zamanlarda bu işlər də tam başa çatacaq.

Hava limanının elektrik enerjisi ilə təminatı üçün uzunluğu 10 kilometr olan 35 kVA-lıq hava xətti çəkilib, gücü 1000 kVA olan transformator yarımstansiyası quraşdırılıb.

Fasiləsiz elektrik enerjisi üçün əlavə olaraq gücü 1000 kVA olan generator alınıb.

Hava limanının istilik təchizatı üçün qazanxana binası da inşa olunub, su ilə təchiz olunması üçün dərinliyi 250 metr olan artezian quyusu qazılaraq istifadəyə verilib. Hazırda terminal binasının daxilində elektrik, mexanik, arakəsmə divarları memarı işləri görülür. Uçuş-enmə zolağında gecə saatlarında uçuşların təmin olunması üçün transformator binalarının tikintisi yerinə yetirilir və iyun ayında tamamlanaraq istismara verilməsi planlaşdırılır.

Hava hərəkətinin təşkili üçün nəzərdə tutulan qüllə binası tikilib və daxilində elektrik-mexanik işləri yerinə yetirilir. Eyni zamanda uçuş-enmə zolağında hazırda 2 kilometr uzunluğunda, 45 metr enində asfalt örtüyü çəkilib və işlər davam etdirilir.
Aeronaviqasiya avadanlıqları üçün nəzərdə tutulan radar qurğusu binasında montaj işlər 100 faiz tamamlanıb. Hazırda aeronavoqasiya qurğuları arasında elektrik və rabitə xəttinin çəkilməsi prossesi yerinə yetirilir.

Zəngilan Beynəlxalq Hava Limanı iki mərhələdə istismara veriləcək, ilk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarəetmə aeronaviqasiya qülləsi iyul ayında istifadəyə veriləcək. Hava limanı saatda 200 sərnişin üçün nəzərdə tutulub və perronda 8 ədəd hava gəmisinin dayanması mümkün olacaq.

Terminal daxilində VIP zallar, kafelər, tibb xidməti və ofis otaqları yaradılacaq. Avadanlıq və materiallar İtaliya, Almaniya və Türkiyədən gətirilib.

İkinci mərhələdə, yəni avqustun sonu – sentyabrın əvvəlində Zəngilan Beynəlxalq Hava Limanı tam istifadəyə veriləcək. Hava limanı uçuş kütləsi 400 tona qədər olan təyyarələri qəbul edə biləcək.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə Füzulidəki hava limanından sonra beynəlxalq statuslu daha iki aeroport tikilməkdədir. Onlardan biri də Zəngilan hava limanıdır. Digəri isə Laçın rayonunun ərazisində inşa olunur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man