Rus oliqarxların son addımı Qərbi şoka salıb.
Avtosfer.az bildirir ki, onlar yaxtaları gizlətməyə başlayıblar. Belə ki, Britaniya mətbuatının məlumatına görə, bəzi superyaxtalar avtomatik identifikasiya sistemlərini söndürüblər və nəticədə onların yeri okean hərəkətinin monitorinq sistemlərində müəyyən edilə bilməyib.
Xəbərə görə, bu yaxtalardan bəziləri Oleq Deripaskanın 72 metrlik “Clio”, Vahid Ələkbərovun 70 metrlik “Galactica Supernova” və Viktor Raşnikovun “Okean Qələbəsi”dir. Yaxtaların göyərtəsində olan və adının açıqlanmasını istəməyən şəxs avtomatik identifikasiya sistemlərinin söndürülməsi ilə bağlı göstəriş verildiyini və bu təlimatla sistemi yığışdırdıqlarını bildirib.
Dəniz qaydalarına əsasən, avtomatik identifikasiya sistemi hərəkətdə olarkən və ya limanda lövbər salan ümumi çəkisi 300-dən çox olan hər bir gəmidə mövcud və açıq olmalıdır. Məlumata görə, hazırda dənizlərdə dəyəri 63 milyard dollar olan 9 300 super yaxta var. Bunun təxminən 10 faizinin ruslara məxsus olduğu qeyd olunub.
Xatırladaq ki, dünyada rus oliqarxlarına məxsus ən azı 13 superyaxta ələ keçirilib. Müsadirə edilən yaxtaların dəyərinin 2,5 milyard dollara yaxın olduğu bildirilib.
Sfera.az
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man