Qonşu ölkədə qum fırtınası TƏHLÜKƏSİ - Xəbərdarlıq edildi

17 Aprel 2022 | 01:00
OXUNUB: 1819
Hidrometeoroloqlar sabahdan etibarən Türkiyə ərazisində Afrika üzərindən gələn qum fırtınasının baş verəcəyi ilə bağlı xəbərdarlıq ediblər.
 
Sfera.az xəbər verir ki, yaranacaq təbiət hadisəsi səbəbindən görüş məsafəsinin azalması, havanın keyfiyyətinin aşağı düşməsi, yağışlı ərazilərdə palçıq şəklində yağıntıların düşməsi ilə əhaliyə xəbərdarlıq edilib.
 
Mütəxəssislər bu tozların silisiumla yanaşı, bəzi bakteriya və kif göbələklərinin ağciyərlərə daxil olmasını asanlaşdıran təsirə malik olduğunu bildirirlər. Ağciyərlərin dərinliklərinə çata bilən qum fırtınasına qarşı xüsusilə astma, bronxit kimi xəstəlikləri olanların daha ehtiyatlı olması, maskasız evdən çıxmamaları tövsiyə edilir.
Təbiət hadisəsinin bir gün davam edəcəyi bildirilir.
 
Qeyd edək ki, analoji hal keçən həftə İraqın bir çox bölgələrində müşahidə edilib. Bölgədə təsirli olan güclü qum fırtınaları səbəbindən İraqın Səlahəddin vilayətinin Tuzhurmatu rayonunda dörd nəfər ölüb. Kərkükdə isə 90 nəfər boğulma təhlükəsi ilə üzləşib./Qafqazinfo/
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man