Hindistanın cənub-şərqindəki Andxra-Pradeş ştatında baş verən yol qəzası nəticəsində azı 7 nəfər ölüb, 11 nəfər yaralanıb.
Avtosfer.az xəbər verir ki, bu barədə “The New Indian Express” nəşri məlumat yayıb.
Bildirilib ki, yük maşını yolun kənarında dayanmış, içərisində 30-dan çox sərnişin olan avtomobilə çırpılıb. Nəticədə dörd nəfər hadisə yerində, daha üç nəfər isə aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Qeyd edək ki, Hindistan yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayının ən çox olduğu ölkələrin reytinqində birinci yerdə olmaqda davam edir. Belə ki, 2019-cu ildə ölkədə yol-nəqliyyat hadisələri nəticəsində 151 mindən çox ölüm halı qeydə alınıb.
“Report”
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man