Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, universal döyüş idman növü üzrə 5 qat dünya çempionu, 6 qat Avropa çempionu, dünya oyunlarının qalibi, Asiya kəmərinin sahibi, dünya kubokunun qalibi, əməkdar idman ustası Əliyev Nicat İlqar oğlu mayın 28-də Özbəkistanın Daşkənd şəhərində keçirən Universal döyüş növü üzrə yenidən Dünya Kəmərinin sahibi olub. Amerikalı rəisi Cesse Smithə qalib gələn Nicat Azərbaycan adını bir daha yüksəldib. Avtosfer.az-a açıqlamasında Nicat Əliyev bildirib ki, qələbəni şəhidlərimizə həsr edib. "Bu gün bizim üçün əziz gündür 28 May Azərbaycan Respublikasının müstəqillik günüdür. Mənim üçün də əlamətdar gündür ki, dövlətimizin bu şanlı və əlamətdar günündə qalib gələrək dünya kəmərinə sahib oldum. Beləliklə, bu gün mənim üçün ikiqat bayram oldu. Bu qələbəmi bütün Azərbaycan xalqına və bu bayramı bizə qeyd etməyi nəsib edən bütün şəhidlərimizin xatirəsinə həsr edirəm."
Şəfa
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man