Nizami rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları avtomobilə konstruksiya dəyişiklikləri edən sürücüləri aşkarlayıb. Avtosfer.az xəbər verir ki, iki "Niva" və bir "VAZ 2107" markalı avtomobilin sürücüləri qayda pozuntusuna görə cərimə olunub.
Belə ki, Səfərli Tofiq, Hacıyev Eldəniz və Dünyamaləyev Ramiz İnzibati Xətalar Məcəlləsinin 342.2.3-cü maddəsinin tələblərini pozaraq nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanması, ağırlıq mərkəzinin, təkər bazasının pozulmasına yol veriblər. Hər üç sürücü İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 150 manat məbləğində cərimə edilib. Avtomobillər duracağa yerləşdirilib və konstruksiya dəyişiklikləri aradan qaldırılıb.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man