Yol polisi atmosferi çirkləndirən sürücüləri 50 manat cərimələdi - FOTO

İctimai nəqliyyat 29 May 2022 | 20:49
OXUNUB: 1292

Zaqatalada atmosferi çirkləndirən avtomobillərin sürücüləri barəsində inzibati protokol tərtib olunub.

Atmosferin nəqliyyatdan atılan zərərli qazlarla çirkləndirilməsinin qarşısının alınması, eləcə də yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülərin müəyyən edilməsi  məqsədilə Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə nəzarət-profilaktik tədbir keçiriblər. DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan  Avtosfer.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı 50-yə yaxın nəqliyyat vasitəsi saxlanılaraq xüsusi cihazlar vasitəsilə onlardakı zərərli qazların miqdarı yoxlanılıb və bəzilərinin atmosferə normadan artıq tullantı ixrac etdiyi müəyyən olunub.  Polis əməkdaşları sürücülərin bir daha diqqətinə çatdırıb ki, istifadələrində olan avtomobillərin yanacaq sistemini tənzimləməklə onları saz vəziyyətə gətirməli və ixrac qazlarının tərkibinin normalara uyğunlaşdırılmasını təmin etdikdən sonra istismarına yol verməlidirlər.   Həmçinin, digər yol hərəkəti qaydalarını pozan şəxslər də yol polisi tərəfindən müəyyən olunub və ümumilikdə 20 sürücü barəsində inzibati protokol tərtib edilib.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man