Notariat Palatasından “Mobil notariat” tətbiqinin istifadəçilərinə XƏBƏRDARLIQ

Gündəm 29 May 2022 | 18:18
OXUNUB: 860

Notariat Palatası “Mobil notariat” tətbiqinin istifadəçilərinə xəbərdarlıq edib. 

Avtosfer.az-ın məlumatına görə, xəbərdarlıqda deyilir ki, ölkə üzrə ödəniş sistemlərində çətinliklər yaranıb: “Hörmətlə istifadəçilər, ölkə üzrə ödəniş sistemlərində yaranmış çətinliklərlə bağlı hazırda "Mobil notariat" tətbiqində müraciətlərin göndərilməsi üçün ödənişlərin edilməsi mümkün deyil. Narahatlığa görə üzr istəyirik”, - müraciətdə bildirilib. Xatırladaq ki, Notariat Palatası 2018-ci ildə yaradılıb, notariat xidmətinin inkişafı və təkmilləşdirilməsi məqsədilə notariusların məcburi üzvlüyü əsasında yaradılan, fəaliyyətini özünüidarəetmə prinsipi üzrə həyata keçirən qeyri-kommersiya hüquqi şəxsidir. Xüsusi qaydada fəaliyyət göstərən bütün notariusları özündə birləşdirən Palata fəaliyyətini Konstitusiyaya, Mülki Məcəlləyə, “Notariat haqqında” və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunlara, eləcə də Nizamnaməsinə əsasən həyata keçirir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man