Bakıda quldurluqla bağlı axtarışda olan şəxsdə tapança aşkarlanıb - FOTO

29 May 2022 | 11:46
OXUNUB: 1291

Suraxanı rayonunda quldurluq etdiyi üçün Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Avtosfer.az-a verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov tutulub. 32-ci Polis Bölməsində onun üzərində şəxsi axtarış aparılan zamanı R.Almazovdan 1 ədəd "Makarov" markalı odlu silah, 3 ədəd patron və patron darağı aşkar edilib. Təyin edilən ekspertiza zamanı silahın atəşə yararlı olduğu məlum olub. Faktla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. R.Almazovun əməllərindən zərərçəkən başqa şəxslər varsa 32-ci Polis Bölməsinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki hesablarına məlumat verə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man