Fransada quraqlığa görə avtomobillərin yuyulmasına qadağa qoyulub

Gündəm 29 May 2022 | 10:45
OXUNUB: 771

Fransada may ayında qeydə alınan rekord istilərin yaratdığı quraqlıq səbəbilə 24 departamentdə şirin sudan istifadə ilə bağlı xüsusi müddəa qəbul edilib.

Avtosfer.az xəbər verir ki, bu barədə “Le Figaro” nəşri məlumat yayıb. Qəzetin Ekoloji Keçid Nazirliyinə istinadən verdiyi məlumata görə, quraqlıqdan zərər çəkmiş departamentlərində məhdudlaşdırıcı tədbirlər, xüsusən də hovuzların su ilə doldurulmasına, avtomobillərin yuyulmasına, bəzi hallarda isə bağların suvarılmasına qadağa qoyulub. Nəşr əsasən ölkənin qərbində və cənubunda yerləşən, istilərdən zərər çəkən ərazilərin siyahısını dərc edib. Artıq aprelin ortalarında səkkiz departament məhdudlaşdırıcı tədbirlər tətbiq edib. Fransanın yeni baş naziri Elizabet Born Luara departamentinə işgüzar səfəri zamanı cari ildə quraqlığın çox erkən başladığını deyib. O xatırladıb ki, hökumət mal-qaranın yemi ilə bağlı problem yaşayacaq fermerlərə kömək üçün 400 milyon avro ayıracaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man