Ucar sakini ehtiyatsızlıqdan qardaşı oğlunu öldürüb

28 May 2022 | 20:48
OXUNUB: 1300

Ucar sakini ehtiyatsızlıqdan qardaşı oğlunun ölümünə səbəb olub.

Avtosfer.az xəbər verir ki, hadisə gecə saatlarında rayonun Məlikballı kəndində baş verib.  Məlikballı-Qazıqumlaq avtomobil yolunda, 1987-ci il təvəllüdlü Vüsal Kamil oğlu Məmmədovun idarə etdiyi avtomobilin yanacağı qurtarıb. Əmisi, Xəqani Gülməmməd oğlu Məmmədov qardaşı oğluna yardım etmək məqsədi ilə idarə etdiyi "VAZ" markalı avtomobili arxaya verərkən ehtiyatsızlıq nəticəsində Vüsal Məmmədov iki avtomobilin arasında qalıb. Ağır xəsarət alan zərərçəkən Göyçay Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Vüsal Məmmədovun vəziyyəti ağır olduğundan o, xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man