Paşinyanın ayağı altında basdırılmış “Arutyunyan minası” – Kreml sülh sazişinə necə mane olur?

16 Aprel 2022 | 10:31
OXUNUB: 1063
Ermənistan hakimiyyəti ilə Xankəndidəki separatçılar arasında kəskin narazılıqlar yaranıb. Baş nazir Nikol Paşinyanın parlamentdə çıxışı zamanı "statusu” arxa plana keçirməsi, Azərbaycanla sülh sazişini imzalamağın vacibliyi haqda çıxışından sonra Araik Arutyunyan "təslim olmayacaqları” iddiası ilə çıxış edib.

Maraqlıdır, belə bir sitiuasiya Paşinyanın sülhlə bağlı geri addım atmasına səbəb ola bilərmi?

İrəvanda baş verənləri Gundem.az-a dəyərləndirən beynəlxalq məsələlər üzrə mütəxəssis, Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri Əziz Əlibəyli bildirib ki, Azərbaycanla sülh müqaviləsi məsələsi meydana çıxan ilk gündən erməni cəmiyyətində problemlər müşahidə edilməkdədir:

"Ermənistan hakimiyyəti Azərbaycanla barışmağa cəhd edir və sülhü imzalamaq üçün müəyyən risklərin olduğunu daxili faktorlara görə izah edirlər. Həqiqətən də Paşinyan hakimiyyətinə qarşı belə risklər varmı? Varsa, hansı səviyyədədir? Bu risklər Azərbaycanla bağlanacaq sülh müqaviləsinə necə təsir göstərə bilər? Aydın məsələdir ki, ortada böyük təhdidlər mövcuddur. Revanşistlər, separatçılar, bütövlükdə Paşinyandan xoşu gəlməyənlər də bu təhdidlərə qoşulacaq. Bir sözlə, söhbət böyük bir kütlədən gedir. Ermənistanın dövlət praktikasında kifayət qədər belə hallar olub, yəni Azərbaycanla mövqelər yaxınlaşanda dövlət çevrilişi baş verib. Bu baxımdan yeni çeşidli olayların baş vermək ehtimalı var. Nikol Paşinyan da bütün bunları dəyərləndirir. Ancaq düşünürəm ki, burada əsas məsələ statusla bağlıdır.

Beynəlxalq sənədlər və danışıqların heç birində Qarabağın statusu ilə bağlı məqam qeyd olunmayıb. Amma Arutunyan bunun müqabilində az qala Ermənistana müharibə elan etmək istəyir. Onların belə təxribat etmək istəkləri başa düşüləndir. Hətta Rusiyaya birləşməklə bağlı iddiaları gündəmə gətirməkləri də bu məqsədi daşıyır. Fikrimcə, Paşinyan Azərbaycanla sülh müqaviləsi bağlamamışdan əvvəl daxildəki müharibədə qalib gəlməlidir ki, sonra Azərbaycanla sülh bağlaya bilsin. Görünən odur ki, Ermənistan cəmiyyəti ciddi qarşıdurma sferasına qədəm qoyur”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man