"Gəncə hadisələri"nə görə həbs edilən 3 nəfər azadlığa buraxıldı

Gündəm 28 May 2022 | 10:59
OXUNUB: 691

Prezident İlham Əliyevin mayın 27-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrası Ədliyyə Nazirliyi Penitensiar xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsində də davam etdirilib.

Avtosfer.az xəbər verir ki, sərəncam bu müəssisədəki məhkumlardan 11 nəfər şamil olunub.

Onlardan 7 nəfər azadlığa buraxılıb, 4 nəfərin cəzası yarıya endirilib.

Əfv olunan şəxslərə ərizələrini Penitensiar Xidmətinin rəis müavini, general-mayor Oqtay Məmmədov, Azərbaycanın Ombsdumanı Səbinə Əliyeva və deputat Zahid Oruc təqdim edib.

Onlara müvafiq ərizələr təqdim olunub və 4 nəfər azadlığa buraxılıblar.

Azadlığa buraxılanlardan 3-ü "Gəncə hadisələri"nə görə həbs edilən şəxslərdir.

Qeyd edək ki, sərəncam çərçivəsində humanizm prinsipləri əsas götürülərək ümumilikdə 213 nəfər əfv edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man