"Standard Insurance”ın4 əmlakı 851 min manata satışa çıxarılıb

Gündəm 27 May 2022 | 21:12
OXUNUB: 1301

Ləğvetmə Prosesində Olan "Standard Insurance” sığorta şirkətinin əmlaklarının satışı ilə bağlı hərrac keçiriləcək.

Bu barədə ləğvetmə komissiyasından məlumat verilib.

Məlumatda deyilir ki, ləğv prosesində olan “Standard Insurance” sığorta şirkətinin ləgvetmə komissiyası tərəfindən şirkətə məxsus rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil onların ümumilikdə satış qiyməti olan 831.250 (səkkiz yüz otuz bir min iki yüz əlli) manata təkrar açıq hərraca çıxarılacaqdır. Hərrac “Əmlak Hərrac Mərkəzi” MMC tərəfindən 14 iyun 2022-ci ildə saat 11:00-da (növbəlilik qaydasında) keçiriləcək.

Hərracda iştirak üçün satış qiymətinin 1%-i, yəni 8.312,5 (səkkiz min üç yüz on iki manat əlli qəpik) məbləğində beh ödənilməlidir.

Hərrac predmetinin ətraflı təsviri aşağıdakı cədvəldə öz əksini tapıb:

Daşınmaz əmlak növü

Ünvanı

Ümumi sahəsi

Hərrac qiyməti

AZN

Beh

AZN

Rekonstruksiya işlərindən sonra birləşdirilmiş 4 (dörd) mənzil

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 20

56.6 м²

831.250

8.312,5

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küç., ev 251, mənzil 49

46.5м²

Bakı şəhəri, Nəsimi rayonu, Mirzə Ağa Əliyev küçəsi. ev 251, mənzil 50

52.7 м²

Bakı şəhəri, Nəsimi rayonu, Şəmsi Bədəlbəyli küçəsi. ev 96, mənzil 65

114.7 м²

Hərrac barədə daha ətraflı məlumatla aşağıdakı linkdə tanış olmaq mümkündür:

//birjanews.az/herrac-elanlar/458

Ləğvetmə komissiyası, həmçinin bildirir ki, şirkətin digər əmlaklarının qanunvericiliyə və təsdiq edilmiş hərrac qaydalarına əsasən açıq hərrac yolu ilə satışının təşkili davam edəcək və bu barədə ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.

Xatırladaq ki, əmlak ilkin olaraq 2.000.000 (iki milyon) manata şatışa çıxarılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man