“Mercedes-AMG” premium uşaq arabası təqdim edib - FOTO

27 May 2022 | 19:56
OXUNUB: 1355

“Mercedes” şirkəti “Hartan” ilə əməkdaşlıq çərçivəsində dünya miqyasında 299 ədəd “AMG GT” uşaq arabası təqdim edib. Əsl “AMG GT” kimi, eyniadlı uşaq arabası “AMG” üslubunda təkərlər alıb.

TED.az bu barədə xarici mediaya istinadən xəbər verir.

Uşaq arabası və komplektə daxil olan çanta təbii qırmızı dəridən hazırlanıb. Daxili hissəsi idman avtomobillərinin oturacaqlarında istifadə olunan “Dinamica” mikrofiber ilə örtülüb.

“Hartan”ın bütün modelləri kimi, “AMG GT” də kilidlənə bilən fırlanan təkərlər, əyləc, qatlanan günəş qoruyucusu, tənzimlənən oturacaq və şəxsi əşyalar üçün saxlama cibləri ilə təchiz olunub. Yeniliyin qiyməti açıqlanmır.

Uşaq arabasının ölçüləri 69 x 58.5 x 31 santimetrdir ki, bu da onu qatlayaraq “AMG” avtomobilinin baqajında yerləşdirməyə imkan verir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man